Rusların poliqonu yenə vuruldu: 60 ölü – Video

Rusların poliqonu yenə vuruldu: 60 ölü – Video

Xerson vilayətində rus hərbçilərinin olduğu poliqon Ukrayna ordusu tərəfindən vurulub.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.

Məlumatı Ukrayna Cənub Könüllü Ordusunun spikeri Sergey Bratçuk da təsdiqləyib. Onun sözlərinə görə, zərbədən əvvəl Rusiyanın “Dnepr” ordu qruplaşmasının komandirləri yoxlama aparmaq üçün əraziyə gəliblər.

Teleqram kanalları isə yazır ki, zərbə Xerson vilayətindəki Podo-Kalinovka poliqonuna endirilib. Poliqonda Krınkiyə hücuma hazırlaşan 328-ci desant-hücum alayı, 810-cu əlahiddə dəniz piyadaları qvardiya briqadası və 81-ci özüyeriyən artilleriya alayının hərbçiləri olub. Komandir heyəti ilə birlikdə 60-dan çox hərbçinin məhv edildiyi bildirilib.

Qeyd edək ki, Ukrayna ordusu ötən gün Donetsk vilayətinin işğal altında olan Trudovsk kəndi yaxınlığında rusların hərbi poliqonuna zərbələr endirmişdi, nəticədə 65 hərbçi ölmüşdü.

Teqlər: