Lisiçanskı ələ keçirdikdən sonra rus qoşunları Luqansk vilayətinin demək olar ki, bütün ərazisi üzərində nəzarəti genişləndirəcək.
AzerTimes xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatı məlumat yayıb.
“Rusiyanın Lisiçanskı ələ keçirməsi faktiki olaraq Luqansk vilayətinin bütün ərazisi üzərində nəzarətini genişləndirir. Bu ruslara müharibənin məqsədi kimi təqdim etdikləri Donbasın “azad edilməsinə” doğru irəliləyişi deməkdir. Müharibənin əvvəlki mərhələlərindən fərqli olaraq, Rusiya ən azı iki qoşun qruplaşması arasında kifayət qədər effektiv koordinasiya əldə edib. Bu, general-polkovnik Aleksandr Lapinin Mərkəzi Qrupu və yeni təyin olunmuş general Sergey Surovikinin Cənub Qrupu komandanlığı arasında olan koordinasiyadır”, – məlumatda deyilir.
Qeyd olunur ki, Donbas uğrunda döyüş yavaş irəliləmə tempi və rus artilleriyasının kütləvi istifadəsi ilə xarakterizə olunur:
“Bu müddət ərzində şəhərlər yerlə-yeksan edilirdi. Donetsk vilayətində döyüşlər demək olar ki, eyni axarda davam edəcək”.
Xatırladaq ki, Rusiya lideri Putin Mərkəz Hərbi Dairəsinin komandanı, general-polkovnik Aleksandr Lapin və Cənub Hərbi Dairəsinin 8-ci ordu komandanını müavini Əsədulla Abaçevə bu əməliyyata görə Rusiya Qəhrəmanı adını verib.