Rusların logistik imkanları ciddi şəkildə azalıb – Qumenyuk

Rusların logistik imkanları ciddi şəkildə azalıb – Qumenyuk

Krım körpüsünün dağıdılması rusların Ukraynanın cənubundakı logistik imkanlarını azaldıb.

AzerTimes xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin rəsmisi Natalya Qumenyuk deyib.

“Rusların avadanlıq, təchizat və logistika ilə bağlı çox kritik vəziyyəti yaranıb. Çünki bu tədarüklərin demək olar ki, 75%-i Krım körpüsündən keçirdi”, – Qumenyuk bildirib.

Onun sözlərinə görə, pis hava şəraiti səbəbindən Kerç boğazı vasitəsilə paromların da işləməsi mümkünsüz olub:

“Onlar həqiqətən də avadanlıq, döyüş sursatı və hərbi texnika çatışmazlığından əziyyət çəkirlər”.

Teqlər: