Rusiya 20-ci ordusunun komanda-kəşfiyyat məntəqəsi məhv edilib.
AzerTimes xəbər verir ki, bunu Ukrayna daxili işlər nazirinin müşaviri Viktor Andrusiv deyib.
“İtkilərlə bağlı dəqiq məlumat yoxdur. Qaydalara görə, belə məntəqələrdə 200-300 adam fəaliyyət göstərir. Onlara polkovnikdən aşağı rütbəli şəxs rəhbərlik etmir”, – Andrusiv bildirib.