Rusların hücumu kəskinləşir: Bu şəhər də atəşə tutulur

Rusların hücumu kəskinləşir: Bu şəhər də atəşə tutulur

Rusiya Silahlı Qüvvələri Ukraynanın Enerqodar şəhərinin iki mikrorayonuna raket zərbələri endirir.

AzerTimes xəbər verir ki, bu barədə şəhər meri Dmitri Orlov deyib.

O bildirib ki, raketlərdən biri mənzilə düşüb.

Mer tələfat barədə məlumat verməyib.

Qeyd edək ki, gün ərzində rusların hücumları intensiv xarakter alıb. Belə ki, Ukraynanın şimal əyalətləri, o cümlədən Xarkov, Rovne, Volın, cənubda isə Zaporojye atəşə tutulub.

Teqlər: