Ukraynadakı rus qoşunları artıq əksər istiqamətlərdə müdafiə vəziyyətindədir. İşğalçılar bundan sonra nə edəcəklərini anlamırlar.
AzerTimes xəbər verir ki, bu barədə hərbi ekspert Oleq Jdanov deyib.
“Onlar irəliləyərkən hədəfləri və vəzifələri var idi. İndi müdafiədədirlər nə məqsəd var, nə də vəzifə. Bu gün onların hücumu davam etdirilməsi üçün qüvvə və vasitələri tükənib. Onlar Donetsk və Luqansk vilayətlərinin inzibati sərhədlərinə çata bilmirlər, Dnestryanıda hansı irəliləyişdən danışmaq olar?”, – Jdanov bildirib.