Rusiya hücum əməliyyatında (Xarkovda – red.) strateji qeyri-müəyyənliyi saxlayır, ona görə də onun həqiqi hərbi planlarını bilmək çətindir.
AzerTimes xəbər verir ki, bunu fransalı ekspert Beliq Nabli bildirib.
Onun fikrincə, bu cür manevr Ukrayna rəhbərliyinin narahatlığını artırır və bu, qarşı tərəfin hərəkətlərini proqnozlaşdırmaqda çətinlik çəkəcək.
Qeyd edək ki, bu gün rus ordusu Xarkov vilayətinin Borisovka, Oqurtsovo, Pletenevka, Pılnaya və Strelyaçya, eləcə də Ukraynanın Donetsk vilayətinin Keramik qəsəbəsini işğal edib.