Rusların silah anbarları həmişə Ukrayna Silahlı Qüvvələri üçün prioritet hədəf olaraq qalacaq.
AzerTimes xəbər verir ki, bunu hərbi ekspert Oleq Jdanov deyib.
“Sursat 1 nömrəli məqsəddir. Rusların döyüş sursatından məhrum edilməsi qoşunlarımızın uğurlu əks-hücumu, Rusiya qoşunlarının döyüş qabiliyyətinin azaldılması üçün əsasdır. Təəssüf ki, rusların sursatları hələ də çoxdur. Axı SSRİ-nin çoxlu sayda sursatı Rusiya Federasiyasına qalıb”, – Jdanov bildirib.
O qeyd edib ki, indi rus hərbçiləri döyüş sursatını Uraldan daşımalıdırlar:
“Bu, vaxt və yükləmə baxımından böyük xərcdir. Buna görə də Rusiya Belarus döyüş sursatını seçir”.