Rusların Gürcüstana gəlişi böyük təhlükədir – Saakaşvili

Rusların Gürcüstana gəlişi böyük təhlükədir – Saakaşvili

Rusiyalı çağırışçıların kütləvi şəkildə Gürcüstana getməsi bu kiçik ölkə üçün böyük demoqrafik təhlükə ilə yanaşı, ciddi təhlükəsizlik problemləri yaradır.

AzerTimes xəbər verir ki, bunu Gürcüstanın keçmiş preizdenti Mixail Saakaşvili Feysbuk səhifəsində yazıb.

Digər tərəfdən, mən Gürcüstan hakimiyyətinin onları buraxmaq qərarını qınamayacağam, çünki bu adamlar Gürcüstanda nə qədər çox olsa, bir o qədər az ukraynalı öləcək. Bu isə Gürcüstan üçün vacibdir”, – Saakaşvili bildirib.

Keçmiş prezidentin sözlərinə görə, Gürcüstandakı vətəndaş cəmiyyətləri yeni gələnlərə işğalçı olduqlarını xatırlatmalıdırlar:

“Onları ölkənin daxili siyasətinə qarışmaq imkanından məhrum etmək üçün Gürcüstan pasportlarını almamasına ciddi nəzarət edilməlidir. Biz də hər zaman stimul yaratmalıyıq ki, imkan daxilində Türkiyəyə və başqa ölkələrə getsinlər”.

Teqlər: