Ötən gün Ukraynanın müdafiəçiləri Luqansk vilayətinin Severodonetsk şəhərində əks-hücumlara keçiblər.
AzerTimes xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatı məlumat yayıb.
“Son 24 saat ərzində Ukrayna ordusu Severodonetsk şəhərində əks-hücumlara başlayıb və bu, çox güman ki, Rusiya qüvvələrinin əməliyyat sürətini heçə endirib”, – məlumatda qeyd olunub.