Rus işğalçı qoşunları Baxmut bölgəsinə ən çox təlim keçmiş bölmələri, xüsusi təyinatlıları və hava hücumu briqadalarını köçürməyə başlayıb. Ancaq ruslar artıq həqiqi döyüşə hazır və peşəkar bölmələri bərpa edə bilmirlər.
AzerTimes xəbər verir ki, ukraynalı hərbi ekspert Pyotr Çernik deyib.
O bildirib ki, işğalçıların (ruslar) qondarma elit qoşunların hazırlanmasında böyük problemləri var.
Çernikin sözlərinə görə, bacarıqlı və peşəkar hərbçi yetişdirmək üçün azı dörd ay vaxt lazımdır:
“İşğalçı qüvvələrin təlim keçmiş kontingenti isə genişmiqyaslı müharibənin ilk aylarında məhv edilib”.