Ukrayna əsgərlərinin Baxmut istiqamətində 2 kilometr irəliləməsinə baxmayaraq, orada döyüşlər bundan sonra da davam edəcək.
AzerTimes xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Vladislav Seleznyov deyib.
“Ukrayna müdafiə qüvvələrinin əks-hücumu çərçivəsində baş verən proseslər taktiki xarakter daşıyır. İndi bölmələrimiz Baxmut şəhərini birləşdirən dəhlizi möhkəmləndirir. Lakin bu, taktiki səviyyə olduğundan, Ukrayna müdafiə qüvvələrinin əks-hücum hərəkətləri nəticəsində Rusiya qoşunlarının orada çətin vəziyyətdə olduğunu söyləmək düzgün deyil”, – ekspert bildirib.