Luqansk vilayətinin Makeyevka rayonunda ruslar 500 hərbçisini itiriblər.
AzerTimes xəbər verir ki, bunu Luqansk vilayət administrasiyasının rəhbəri Sergey Qayday deyib.
“Ruds hərbçilərinin meyiti ortada qalıb. Ruslar kompensasiya ödəmək istəmədikləri üçün meyitləri götürmürlər”, – Qayday bildirib.
Onun sözlərinə görə, ruslar Beloqorovkanı yenidən tutmaq cəhdlərindən əl çəkmirlər:
“Amma başa düşürlər ki, onları oradan vurub çıxarsalar, Ukrayna ordusu Lisiçanskı azad edəcək”.