Ruslar öz mövqelərini saxlamaq üçün bütün qüvvələrini Baxmut istiqamətinə keçirir.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Şərq qoşun qrupunun nümayəndəsi Sergey Çerevaty məlumat verib.
O bildirib ki, Baxmut istiqaməti və Baxmut ruslar üçün təkcə informasiya və təbliğat deyil, həm də hərbi əhəmiyyətə malikdir:
“Bu istiqamətdəki itkilər 21-ci əsr ordusu üçün inanılmazdır. Çünki artıq düşmən öz əsgərlərini Əfqanıstan müharibəsi zamanındakından daha çox yerdə yerləşdirib”.