Döyüşməkdən imtina edən çağırışçılar həbs olunublar və Luqansk vilayətindəki obyektlərin birində saxlanılırlar.
AzerTimes xəbər verir ki,mbunu Luqansk vilayət administrasiyasının rəhbəri Sergey Qayday deyib.
“Kremennoydakı obyektlərin birində döyüşməkdən imtina edən çağırışçılar saxlanılır. Açıq mənbələrdən ənlə edilən məlumata görə, 488-ci motoatıcı alayın heyətinin 70 faizi ön xətdə döyüşməkdən imtina edib. İmkanı olanlar qaçıb, qalanları isə nəzarətdə saxlanılır və yenidən döyüşə göndərmək üçün psixoloji təzyiqlər olunur”, – Qayday bildirib.