Rusiya daim yeni qüvvələrlə güclənməyə çalışır, lakin bəzi hissələrinin şəxsi heyətinin 50-70%-i məhv edilib. Onların da yerini orta hazırlıq səviyyəsi keçmiş səfər çağırışçılarla doldurmağa çalışırlar.
AzerTimes xəbər verir ki, bunu ukraynalı zabit “24-cü kanal”a açıqlamasında deyib.
“Onların qarşısına yüksək hazırlıq tapşırığı qoyulub. Lakin briqadalar bunu yerinə yetirə bilmirlər. Ukrayna ordusu onların döyüş əməliyyatlarını aparmaq taktikasını mənimsəyib. Ruslar döyüş əməliyyatları zamanı müxtəlix taktikalara əl atırlar. Bəzən komandirlər onları vaqnerçilər və kadırovçularla birlikdə hücumlara atırlar. Bu bölmələr arasında da kommunikasiya səviyyəsi olduqca pisdir”, – zabit bildirib.