Ukrayna Müdafiə Nazirliyinin kəşfiyyatı Rusiyanın Türkiyənin “Baykar Defence” şirkətinin baş direktoru Haluk Bayraqdara qarşı təxribatının qarşısını alıb.
AzerTimes xarici mediaya istinadla bildirir ki, bu barədə Baş Kəşfiyyat İdarəsinin mətbuat xidməti məlumat yayıb.
“Ruslar məşhur “Bayraqdar” pilotsuz təyyarələrini istehsal edən “Baykar Defence” şirkətinin qurucularından biri Haluk Bayrakqdarla əlaqə saxlamağa çalışıb. Söhbət Ukraynanın Baş naziri Denis Şmıqalın adından aparılıb, onun video görüntüsü əslində “deepfake” texnologiyasından istifadə edilməklə yaradılıb”, – xəbərdə deyilir.
Kəşfiyyat rəsmiləri deyirlər ki, rusiyalı əməliyyatçılar zəng zamanı bir neçə dəfə özlərini ifşa ediblər.
“Söhbətin sonunda rusiyalı əməliyyatçılara ifşa olunduqları və cavabdehlik daşıyacaqları barədə məlumat verilib”, – məlumatda deyilir.