Ukrayna ordusu Baxmutun cənubuna uğurlu hücumla rusların elit bölmələrini darmadağın edib.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun hesabatında qeyd olunub.
Məlumata görə, Ukrayna ordusu Andreyevka və Kleşiyevkanın azad olunması zamanı 72-ci motoatıcı briqada, Hava Desant Qüvvələrinin 31-ci və 83-cü qvardiya briqadalarının bölmələrini tamamilə məhv edib.
“Şərq” taborunun komandiri Aleksandr Xodakovskinin Hava Desant Qüvvələrinin 31-ci briqadasının komandirinin öldürülməsini açıqlaması da bunu sübut edir. 72-ci motoatıcı briqada da döyüşdə effektsiz olub, onun dəqiq itkiləri hələ də bəlli deyil. Bu hava-desant bölmələri əks-hücumlarda və Ukrayna ordusunun hücum əməliyyatını dayandırmaq cəhdlərində iştirak ediblər”, – hesabatda qeyd olunub.
Qeyd edək ki, rusların 72-ci motoatıcı briqadasının məhv edilməsi ilə bağlı Ukrayna Silahlı Qüvvələrinin 3-cü hücum briqadası da məlumat yaymışdı.