Rusların Baxmuta hücumu zəifləyib – Çerevatıy

Rusların Baxmuta hücumu zəifləyib – Çerevatıy

Döyüşlərin davam etməsinə baxmayaraq, Ukrayna hərbçiləri Baxmutda vəziyyəti sabitləşdirə biliblər.

AzerTimes xəbər verir ki, bunu Ukrayna ordusunun “Şərq” qrupunun rəsmisi Sergey Çerevatıy deyib.

“Dünən Baxmut cəbhəsində 18 hücum qeydə alınıb, bu gün isə 17. Buna qədər gündəlik 35-50 hücum edilirdi”, – Çerevatıy bildirib.

Onun sözlərinə görə, Liman-Kupyansk istiqamətində rusların artilleriyası fəallaşıb.

Teqlər: