Rusların ağıllı minaları: öz döyüşçülərini ”tanıyır”

Rusların ağıllı minaları: öz döyüşçülərini ”tanıyır”

Rusiya ordusunun “Zemledelie” müasir minalama sistemi Ukraynanın hücumlarının qarşısını almağa kömək edir. Bu döyüş maşını RYAS prinsipi ilə işləyir və 50 yaylım atəşi ilə 15 kilometrə qədər məsafədə istənilən mürəkkəblikdə bir neçə min kvadratmetr sahəni minalaya bilir.

AzerTimes xəbər verir ki, bunu rusiyalı hərbi ekspert Aleksandr Xrolenko deyib.

“NATO dərsliklərində minalanmış sahələr 100×200 metr məsafədə hesablanır və onları ötüb keçmək məsləhət görülür. Kəşfiyyatla birgə işi sayəsində “Zemledelie” düşmən hücumunu hər hansı bir istiqamətdə operativ şəkildə dayandıra bilir. Sursatların çeşidi piyada, tank əleyhinə və ya kombinə edilmiş mina sahələri yaratmağa imkan verir”, – o bildirib.

Ekspertin sözlərinə görə, Ukrayna ordusunu piyada əleyhinə “ağıllı” POM-3 qəlpəli və tank əleyhinə PTM-4M minalarə qarşılayır:

“POM-3 piyada əleyhinə minalar elektron addım təyinedicisi və seysmik sensorla təchiz olunub. Yerə düşəndən sonra diametri 6 sm, hündürlüyü 18 sm olan “silindr” olur. Öz-özünə işə düşür və qarmaqlı ultra nazik iplər müxtəlif istiqamətlərə tuşlanır. Onlara toxunanda mina tullanır və partlayaraq ətrafa qəlpə saçır. Lakin POM-3 elekron intellekt yalnız insana işləyir: heyvan və insan addımlarını müəyyən edə bilir. PTM-4M tank əleyhinə minası maqnit həssaslığa malikdir və yalnız ağır texnikaya reaksiya verir. Məcbur olanda özü-özünü də məhv edə bilir”.

Xrolenko “Zemledelie” minalama sisteminin daha bir üstünlüyünü qeyd edib. Ekspert bildirib ki, “Zemledelie” və “Kleş” mina sistemi süni intellekt elemetlərinə malikdir. Bu sistemlər mülki əhali və öz döyüşçülərini tanıyır. Bundan başqa, “Zemledelie” proqramı uzaqdan minaları aktivləşdirə bilər, yəni peyk sistemindən istifadə edərək mina sahəsini aktivləşdirə və ya söndürə bilər.

Teqlər: