Rusiya qoşunları Donbasda müxtəlif istiqamətlərdə hücuma keçməyə çalışır, Ukrayna hərbçiləri müdafiə xəttini saxlayır.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.
“Slavyansk istiqamətində düşmən Brajkovka, Velikaya Kamışevaxa, Dibrovnoye, Vernopolye və Mazanovka yaşayış məntəqələri ərazilərində tanklardan, toplardan və raket artilleriyasından zərbələr endirib. Ruslar Boqorodiçnı bölgəsində hücum döyüşü keçirməyə çalışdı, lakin uğur qazanmadı, geri çəkildi. Mazanovka və Novodmitrovka yaxınlığında döyüşlər davam edir. Donetsk istiqamətində işğalçılar səylərini Baxmut və Novopavlovski istiqamətlərinə yönəltməkdə davam edirlər. Kramatorsk və Avdeyev istiqamətlərində düşmən qoşunların taktiki mövqeyini yaxşılaşdırmağa çalışır. Düşmən Marinka, Krasnoqorovka və Yasinovataya rayonlarına hava zərbələri endirib. Krasnoqorovka yaxınlığında PUA-ların hava kəşfiyyatı aparılıb. Ruslar Opıtnoqo bölgəsində hücum əməliyyatları keçirməyə çalışır, döyüşlər davam edir”, – məlumatda deyilib.