Rusların 2 gün vaxtı qaldı: Baxmut işğal olunacaqmı?

Rusların 2 gün vaxtı qaldı: Baxmut işğal olunacaqmı?

Ruslar mayın 9-na qədər bütün vasitələrlə Baxmutu ələ keçirməyə çalışırlar. Ukrayna əsgərlərinin vəzifəsi bu tarixə qədər şəhəri saxlamaqdır.

AzerTimes xəbər verir ki, bunu Ukrayna ordusunun Şərq Qüvvələri Qrupunun komandanı Aleksandr Sırski deyib.

“Baxmutun ağır müdafiəsi davam edir. Ruslar ağır silahlarla atəşin intensivliyini artırıb, daha qabaqcıl texnikadan istifadə etməyə başlayıb və qoşunları yenidən qruplaşdırır.

Bu onu göstərir ki, düşmən planlarını dəyişmək fikrində deyil və Baxmutu nəzarətə götürmək, hücum əməliyyatlarını davam etdirmək üçün əlindən gələni edir. Müdafiə qüvvələri Baxmut istiqamətində düşmənin planlarını pozmağa nail olur. Ancaq ruslar hələ də mayın 9-dan əvvəl şəhəri ələ keçirməyə ümid edirlər. Bizim vəzifəmiz bunun qarşısını almaqdır”, – o bildirib.

Qeyd edək ki, bundan öncə 9 May paradına qədər Baxmutun ələ keçirilməsinin vəzifə olaraq Rusiya ordusunun qarşısına qoyulduğu haqda məlumat yayılmışdı.

“Vaqner”in sahibi Priqojin isə muzdlu hərbçilərin bir az da irəlilədiyini, Baxmutun yalnız 2,37 km.km ərazisinin ukraynalılarda qaldığını açıqlayıb.

Teqlər: