Ruslara xəbərdarlıq edildi: Estoniya sərhədi bağlanır

Ruslara xəbərdarlıq edildi: Estoniya sərhədi bağlanır

Narva sərhəd-keçid məntəqəsində ruslara Estoniya ilə sərhədin mümkün bağlanması ilə bağlı məlumat vərəqələri verilir.

AzerTimes xəbər verir ki, bu barədə RTVI Teleqram kanalı məlumat yayıb.

Eyni xəbərdarlıq Estoniya Sərhəd Mühafizəsinin saytında da yerləşdirilib.

Bildirilib ki, son həftələrdə Rusiya Avropa Birliyinə qanuni şəkildə daxil olmaq hüququ olmayan əcnəbilərdən ibarət qrupları Estoniya sərhədinə qəsdən göndərib.

Sərhəd xidməti ruslara xəbərdarlıq edib ki, Narvadakı keçid məntəqəsi bağlanarsa, onlar başqa sərhəd keçid məntəqəsindən istifadə etməli olacaqlar.

Teqlər: