Şimali Avropa ölkələrinin Rusiya vətəndaşlarına turist vizalarının verilməsini tamamilə qadağan etmək təkliflərini dəstəkləmirik.
AzerTimes xəbər verir ki, bu barədə Avropa Birliyinin baş diplomatı Jozep Borrell deyib.
“Bu, çox mübahisəli təklifdir. Artıq bəzi ölkələr bununla bağlı müəyyən tədbirlər görüb, bəziləri isə yox. Məncə, bütün rusların AB-yə girişini qadağan etmək yaxşı fikir deyil. Daha seçici olmalıyıq”, – Borrell bildirib.