Ruslara başa salmalıyıq ki, bu, təhlükə yaratmır – Pavel

Ruslara başa salmalıyıq ki, bu, təhlükə yaratmır – Pavel

Vaşinqtonda keçiriləcək sammit iştirakçıları Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı qərar qəbul etməyəcəklər.

AzerTimes xəbər verir ki, bunu Çexiya Prezidenti Petr Pavel bildirib.

“Buna baxmayaraq, daha çox ölkə ikitərəfli sazişlərlə Ukraynaya təhlükəsizlik zəmanəti verəcək. Deyək ki, bu, üzvlük yolunda addımdır. Bu gün heç kim Ukraynanın gələcəkdə NATO üzvü olmasını inkar etmir. Lakin biz ruslara başa salmalıyıq ki, Ukraynanın NATO-ya üzv olması Rusiya üçün birbaşa təhlükə yaratmır”, – P.Pavel vurğulayıb.

Qeyd edək ki, iyulun 9-11-də NATO-nun Vaşinqtonda sammiti planlaşdırılır.

Teqlər: