Rusiya hərbçiləri Zmeyni adasını tərk ediblər.
AzerTimes xəbər verir ki, bunu Ukrayna Ali radasının deputatı Aleksey Qonçarenko deyib.
“Ruslar Zmeynini tərk etdilər. Məlumatı dəqiqləşdirirəm”, – Qonçarenko bildirib.
Ukrayna Teleqram kanallarının yazdığına görə, ruslara məxsus kiçikhəcmli gəmilər adadan uzaqlaşıblar:
“Ada boşdur. Ruslar qalan texnikalarını məhv edərək, “Raptor” katerlərilə qərbə doğru yollanıblar”.