Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Zaporojye şəhərinin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 9 çoxmərtəbəli bina və 40 ev zərər görüb.
AzerTimes xəbər verir ki, bu barədə Zaporojye şəhər şurasının nümayəndəsi Anatoli Kurtev deyib.
O bildirib ki, bununla yanaşı partlayış dalğasının təsirindən bir çox evlərin pəncərələri sınıb.