Rus işğalçıları zəbt etdikləri Zaporojye AES-i saxlamaq üçün əllərindən gələni edəcəklər.
AzerTimes xəbər verir ki, bunu “Qordon”a müsahibəsində hərbi ekspert, Ukrayna Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki Oleq Jdanov deyib.
“İşğalçılara stansiya müvəqqəti işğal olunmuş Krımı və digər işğal olunmuş əraziləri elektrik enerjisi ilə təmin etmək üçün lazımdır. Buna görə onlar AES-i dişləri ilə tutub saxlayıblar”, – ekspert bildirib.