Rusiya ordusu yaxın vaxtlarda döyüş meydanında “Lanset – ZM” kamikadze-dronunu sınaqdan keçirməyi planlaşdırır.
AzerTimes xəbər verir ki, bunu ukraynalı hərbi-siyasi ekspert Aleksandr Kovalenko Teleqram kanalında qeyd edib.
“Lanset – ZM” hamıya məlum olan “Lanset”dən fərqlənir. Ruslar 2022-ci ildə Ukraynada PUA-lardan istifadə təcrübəsinə əsaslanaraq ona dəyişikliklər ediblər. “Lanset – ZM”in əvvəlkindən əsas fərqi daha dağıdıcı döyüş hissəsinə malik olması, korpusda struktur dəyişikliyi və daha müasir optikadan istifadəsi ilə bağlıdır”, – deyə ekspert bildirib.