Rus qoşunları texnika və canlı qüvvədə ağır itkilərə baxmayaraq, Avdeyevka bölgəsində yeni hücum dalğasına hazırlaşır.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ-ın Müharibəni Öyrənilməsi İnstitutu məlumat yayıb.
“Ruslar oktyabr ayında Avdeyevkada ağır texnika itkilərini kompensasiya etmək üçün artilleriya hazırlığından sonra piyadaların hücumuna hazırlaşır. Kremlə bağlı rusiyalı bloger Avdeyevkanın şimal və cənubunda işğalçıların hücumlarının sürətində əhəmiyyətli bir yavaşlama olduğunu bildirib. Bu ərazidə düşmən Ukraynanın irəli mövqelərinə və yaxın arxa ərazilərə hücum edir”, – məlumatda deyilir.