Amerika rəsmiləri hesab edir ki, Rusiyanın Xerson vilayətini tam nəzarətə götürməsi üçün kifayət qədər qüvvəsi yoxdur.
AzerTimes xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
“Son vaxtlar Rusiya hərbçilərinə sui-qəsdlər diqqət çəkir. ABŞ kəşfiyyatı bunun Ukraynanın cənubunda partizan hərəkatının artmasına işarə olduğunu bildirir.
Rus qoşunlarının bir hissəsinin Xersondan Donbas istiqamətinə yönləndirilməsi partizanların hücum etməsi üçün fürsət, Ukrayna qüvvələrinin əks-hücumuna vaxt yaradıb”, – deyə bildirilib.