Rusiya artilleriyası Xerson vilayətinin su altında qalan ərazilərindən təxliyə olunan insanları atəşə tutub.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyi məlumat yayıb.
“Xersonda təxliyə həyata keçirən iki polis qəlpə yarası alıb. Təxliyə elan olunub, amma ruslar artilleriya atəşi ilə imkan vermirlər”, – məlumatda qeyd olunub.