Rusiya hərbçiləri son sutka ərzində Xerson vilayətini 40 dəfə atəşə tutub.
AzerTimes xəbər verir ki, “RBK Ukrayna” məlumat verib.
Məlumata görə, ruslar Xersona çoxsaylı reaktiv yaylım atəşi, artilleriya, minaatan və tanklardan atəş açıblar. Hücum zamanı zavod və yaşayış binalarına ziyan dəyib, bir nəfər yaralanıb.