Rus hərbçiləri Xarkov vilayətində “ilişib” qalıb və böyük itki verirlər.
AzerTimes xəbər verir, bunu Ukraynanın “Xortitsa” qoşunların əməliyyat-strateji qrupunun nümayəndəsi Nazar Voloşin deyib.
O qeyd edib ki, Xarkov vilayətinin şimalında rus hərbçilər uğursuz addımlar atıb, irəli getməyə, özləri üçün bir növ “təhlükəsizlik kəmər”i və bufer zonası yaratmağa çalışırlar:
“Lakin müdafiə qüvvələri onları orada saxlayıb və vəziyyət nəzarətə götürülüb. Müdafiə qüvvələrimiz Rusiya işğalçısına qarşı əks-hücum və hücum əməliyyatları həyata keçirir”.