Sentyabrın 1-i axşam saatlarında rus hərbçiləri Sum şəhərindəki təhsil müəssisəsinə zərbə endiriblər. Hücum nəticəsində yaralananlar var.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Teleqram kanalları məlumat yayıb.
Məlumata görə, ruslar uşaqların sosial-psixoloji reabilitasiyası mərkəzinin və uşaq evinin yerləşdiyi binaya raket zərbəsi endiriblər:
“Hadisə yerində bütün lazımi xidmətlər mövcuddur. İnsanlara tibbi yardım göstərilir. Düşmən hücumunun nəticələri aydınlaşdırılır”.