Ruslar Ukraynanın ikinci ən böyük taxıl terminalını dağıtdı

Ruslar Ukraynanın ikinci ən böyük taxıl terminalını dağıtdı

Rus hərbçiləri Nikolayevdə Ukraynanın ikinci ən böyük taxıl terminalını dağıdıblar.

AzerTimes xəbər verir ki, bunu AB-nin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Cozef Borrell deyib.

“Rusiyanın növbəti raket zərbəsi qlobal ərzaq böhranına səbəb olub. Rusiya qoşunları Ukraynanın Nikolaevdəki ikinci ən böyük taxıl terminalını məhv edib”, – Borrell bildirib.

O qeyd edib ki, zərbə Rusiya Prezidenti Vladimir Putinin ticarət gəmilərinin Qara dənizdən təhlükəsiz keçməsilə bağlı son vədinə ziddir:

“Putinin ittihamları inkar etmək üçün yaydığı dezinformasiya getdikcə daha da miskin olur”.

Teqlər: