İşğalçılar Ukrayna ordusunun haradan zərbə endirəcəyini bilmir, ona görə də əsasən iki istiqaməti gücləndirirlər.
AzerTimes xəbər verir ki, Rusiya ordusunun Ukraynadakı hərəkəti ilə bağlı bu məlumatı Britaniya kəşfiyyatı yayıb.
Məlumatda rus ordusunun Zaporojye və Luqansk istiqamətlərində müdafiəni gücləndirdiyi, əldə olunan kadrların da bunu sübut etdiyi vurğulanıb. Eyni zamanda Tarasovka, Vasilyevka və Orexov yaxınlığında istehkamlar tikildiyi qeyd olunub.
“Zaporojye istiqamətində Rusiyanın müdafiəsinin yarılması Rostov ilə Krım arasındakı “quru körpüsü”nün həyat qabiliyyətini, Luqanskdakı uğurlar isə Donbasın “azad edilməsi” adlanan hərbi hədəfi daha da sarsıdacaq”.