Ruslar Ukraynanın əks-hücumlarına dözə bilməyəcək

Ruslar Ukraynanın əks-hücumlarına dözə bilməyəcək

Ukrayna ordusu rusların hələ də istifadə edə biləcəyi yeganə Kaxovka körpüsünə zərbələr endirməklə Rusiyanın quru xətlərini bağlamağa cəhd etməkdə davam edir.

AzerTimes xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun hesabatında qeyd olunub.

“Hücum və hətta genişmiqyaslı müdafiə əməliyyatları üçün kifayət qədər sursat, yanacaq və ağır texnikanın ponton keçidləri və ya hava yolu ilə daşınması qeyri-mümkündür. Əgər Ukrayna qüvvələri hər üç körpünü dağıdıbsa və rusların onların hər hansı birini uzun müddət bərpa etməsinə mane ola bilsələr, Dnepr çayının qərb sahilindəki rus qoşunları Ukraynanın məhdud əks-hücumlarından belə müdafiə oluna bilməyəcəklər”, – hesabatda bildirilib.

Teqlər: