Ukrayna Silahlı Qüvvələrinin əsgəri Yevgeni Poqrebnyak Rusiya pilotsuz uçuş aparatından atılan qeydi oxuduqdan sonra təslim olub.
AzerTimes Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə Teleqramın Rusiya seqmentində məlumat yayılıb.
Poqrebnyakın sözlərinə görə, Ukrayna komandanlığı onu və həmkarlarını “mütləq ölümə” göndərib – onlar “Donetsk xalq respublikası”nın mütəmadi olaraq atışmaların baş verdiyi Urojaynoye kəndinin meşə zolağına girməli olublar:
“Gördüm ki, Rusiyaya məxsus drondan bir not düşür. Aldım, oxudum, yazımışdı ki “USQ əsgəri, təslim ol, təhlükəsizliyinə zəmanət veririk. Əks halda öldürüləcəksən”. Mən getdim və təslim oldum. Mənimlə yaxşı rəftar etdilər. İçməyə, yeməyə bir şeylər verdilər, siqaret çəkməyə imkan yaratdılar”.