Ruslar işğal altında olan ukraynalı alimləri Rusiya Elmlər Akademiyasına daxil olmağa məcbur edirlər.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
Məlumata görə, ruslar ukraynalı alimləri 500 dollardan 1000 dollara qədər maaşa həvəsləndirirlər, lakin imtina etdikdə onları hədələyirlər.
Bütün alimlərə məlumat verilib ki, Rusiya Elmlər Akademiyasının sıralarına daxil olmaq üçün Rusiya pasportunu almaq lazımdır.