Ruslar Ukraynada referenduma başladılar

Ruslar Ukraynada referenduma başladılar

Separatçı qondarma “dxr” və “lxr”, eləcə də Rusiyanın işğal etdiyi Zaporojye və Xerson vilayətlərində “referendum”lara start verilib.

AzerTimes xəbər verir ki, qaydalara əsasən, “referendum” sentyabrın 27-nə qədər davam edəcək.

Bundan başqa, ukraynalı qaçqınların səs vermələri üçün də Rusiyanın bir sıra şəhərlərində seçki məntəqələri açılıb.

Xerson “rəhbərliyi” bildirib ki, vilayətdə 750 min seçicinin səs verəcəyini gözləyirlər. Zaporojyedə isə bu rəqəm 500 min nəfər təşkil edir.

“Dxr” və “lxr” sakinləri “referendum”da “respublikalar”ın Rusita Federasiyasının subyekti kimi Rusiyanın tərkibinə daxil olmasını dəstəkləyib-dəstəkləməmə sualına cavab verəcəklər.

İşğal olunmuş Xerson və Zaporojye əhalisi isə bülletenlərdə bu suala cavab verəcəklər: “Siz regionun Ukraynanın tərkibindən çıxıb Rusiya Federasiyasının tərkibinə daxil olmasının tərəfdarısınızmı?”

“Dxr” və “lxr”də bülletenlər yalnız rus dilində olsa da, Xerson və Zaporojyedəki bülletenlər rus və Ukrayna dilində çap olunub.

Teqlər: