Müharibə başlayandan bəri rus hərbçiləri Ukraynada 32 jurnalisti öldürüblər.
AzerTimes xəbər verir ki, bunu Ukraynanın mədəniyyət və informasiya siyasəti naziri Aleksandr Tkaçenko bildirib.
“Genişmiqyaslı müharibənin 4-cü ayıdır və biz 32 jurnalistimizi itirdik. Bu gün 7/24 rejimində işləyən bütün jurnalistlər, Siz qəhrəmansınız! Biz hibrid müharibə aparırıq və bu gün sizin rolunuz əvəzsizdir”, – Tkaçenko deyib.