Rusiya Silahlı Qüvvələri bu gün Ukraynanın Nikolayev şəhərinə 6 raket zərbəsi endirib.
AzerTimes xəbər verir ki, bu barədə şəhər meri Aleksandr Senkeviç məlumat yayıb
O bildirib ki, raketlər S-300 qurğusundan atılıb və xoşbəxtlikdən ölən, yaxud yaralanan olmayıb.
Buna baxmayaraq, yaşayış evlərinə, özəl obyektlər zərbə nəticəsində tamamən dağılıb.