Ruslar təxliyə edilən dinc sakinləri atəşə tutdu

Ruslar təxliyə edilən dinc sakinləri atəşə tutdu

Rus işğalçıları Kaxovka SES-in bəndinin partlaması nəticəsində zərər çəkmiş Xerson vilayətinin sol sahilinin əhalisini nəinki evakuasiya etmir, hətta buradan qaçmağa çalışanları da öldürürlər.

AzerTimes xəbər verir ki, bunu Ukrayna Prezidentinin Aparatının rəhbəri Andrey Yermak deyib.

“Rusiya ordusu Xerson vilayətində sol sahildən təxliyə edilən dinc sakinlərin olduğu qayığa hücum edib. Onlar dinc sakinlərin kürəyinə atəş açıblar. 6 nəfər yaralanıb. Yaralılar Xersona çatdırılıb və tibb müəssisəsinə yerləşdiriliblər. Həkimlər yaralıların həyatı üçün çalışırlar. Ruslar qorxaq terrorçulardır”,- o bildirib.

Teqlər: