Ruslar təşvişə düşmüşdü, qaçırdılar… – Qumenyuk

Ruslar təşvişə düşmüşdü, qaçırdılar… – Qumenyuk

Kinburnda daşqın ciddi deyildi, buna görə də rus hərbi qrupuna həlledici təsir göstərmədi.

AzerTimes xəbər verir ki, bunu Ukrayna Cənub Müdafiə Qüvvələrinin Birgə Əlaqələndirmə Mətbuat Mərkəzinin rəhbəri Natalya Qumenyuk deyib.

“Onlar kritik dəyişikliklərə getməyiblər, oradakı daşqınlar ciddi deyildi, bu, yerləşdirməyə təsir göstərməyib”, – o bildirib.

Qumenyukun sözlərinə görə, suyun səviyyəsi qalxdıqdan sonra ruslar təşvişə düşüb və hətta təxliyə üçün helikopterlərlə getməyə cəhd ediblər:

“Lakin su çəkildikdən sonra rus işğalçılar öz mövqelərinə və dinc əhalini atəşə tutmaq taktikasına qayıtdılar”.

Teqlər: