Ruslar təşvişdə: Ukraynalılar bu ərazini mühasirəyə aldı

Ruslar təşvişdə: Ukraynalılar bu ərazini mühasirəyə aldı

Ukrayna Silahlı Qüvvələrinin Antonovski və Kaxovka körpülərinə hücumlarına görə rus işğalçılar Xersondan ailələrini kütləvi şəkildə çıxarmağa başlayıb.

AzerTimes xəbər verir ki, bu barədə Xerson vilayət hərbi administrasiyasının sədri Yaroslav Yanuşeviç Teleqram hesabında məlumat verib.

“Ukrayna Silahlı Qüvvələrinin bu yaxınlarda Antonovski və Kaxovka körpülərinə endirdiyi zərbələr nəticəsində ruslar təşvişə salıb. Dünən ukraynalı hərbçilər Antonovski körpüsünü hər iki tərəfdən mühasirəyə alıb”, – o bildirib.

Yanuşeviç qeyd edib ki, ruslar rayonun ələ keçirdikləri təhsil ocaqlarında dərs ilinin başlanması üçün hazırlıq işləri apardıqlarıyla bağlı mənzərə yaratmağa çalışır:

“Onlar terror taktikasından rüşvətə keçiblər. Övladlarını ələ keçirilən ərazilərdəki məktəblərə göndərməyə razı olan valideynlərə ayda 4 min qriven ödəmək təklif olunur”.

Teqlər: