Rusiyadan Türkiyəyə təyyarə biletlərinin qiyməti 3 dəfə bahalaşıb.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyənin NTV telekanalı məlumat yayıb.
Bildirilib ki, “Türk Hava Yolları”nın Moskva-İstanbul reysinin sentyabrın 25-dək bütün biletləri artıq satılıb. Belə ki, bir həftə əvvəl Türkiyə istiqamətində 22 min rubla satılan birtərəfli biletlərin qiyməti qismən hərbi səfərlik elan olunduqdan sonra 70 min rubla, yaxud 21 min türk lirəsinədir.
Uçuş üçün bilet tapa bilməyənlər tranzit olaraq Tiflisə oradan Türkiyəyə uçmağa çalışırlar.
Mütəxəssislər “Flightradar24” resursundakı uçuşlara əsasən Rusiyadan qaçış başlandığını deməyin doğru olmadığını vurğulayaraq məlum qərarın ölkədə vahimə ovqatı yaratdığını da qeyd ediblər.