Ruslar təlaşda: Bu istiqamətdə hücum olacaq

Ruslar təlaşda: Bu istiqamətdə hücum olacaq

Rusiya qoşunlarının bir hissəsini Krıma köçürüb.

AzerTimes xəbər verir ki, bunu hərbi eksperti Valeri Ryabıx deyib.

“Düşmən hesab edirdi ki, hücum məhz cənubdan olacaq. Düşmənin qüvvə və vasitələri şimal istiqamətindən Xerson rayonuna köçürülür. Bir hissəsi də işğal olunmuş Krım ərazisinə çıxarılıb. İşğalçılar məlumatı ciddi qəbul edirlər. İstisna etmirəm ki, biz yaxın gələcəkdə, Krım da daxil olmaqla, hücum gözləməliyik”, – Ryabıx bildirib.

Hərbi ekspert onu da əlavə edib ki, düşmən cənubda qoşun cəmləşdirir:

“Düşmən Ukrayna Ali Baş Komandanının qərarını və Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatının başlanması ilə bağlı qarşıya qoyduğu tapşırığı ciddi qəbul edib. Düşmən Nova Kaxovka ərazisində ehtiyat qüvvə yaradır”.

Teqlər: