Ruslar resurslarını bitirib, əməliyyat vacibdir – Malomuj

Ruslar resurslarını bitirib, əməliyyat vacibdir – Malomuj

Ruslar nə şərqə, nə də cənuba irəliləyə bilir. Bundan sonra onlar üçün perspektiv yoxdur.

AzerTimes xəbər verir ki, bunu Ukrayna Xarici Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri, general Nikolay Malomuj deyib.

“Ruslar öz resurslarını bitiriblər. Hətta gizli səfərbərlik belə vəziyyətin həllinə kömək etməyəcək. Onların hər bir quberniyanın bazasında yaratmağa çalışdıqları batalyonlar da effektsiz oldu”.

General qeyd edib ki, düşmənin öz torpaqlarını müdafiə edən ukraynalılardan fərqli olaraq döyüşmək motivi yoxdur:

“Rusiyanın hələ də raket resursları var, lakin onlar məhduddur. Daha vacib bir amil isə Ukraynanın ən müasir texnika və silahlarının olmasıdır. Ruslar tərəfindən ələ keçirilən Ukrayna ərazilərinin azad edilməsi üçün hərtərəfli hücum əməliyyatı planlaşdırmaq vacibdir”.

Teqlər: