Ruslar Qarabağdan gedəcək, onlar gələcək – Rus politoloq

Ruslar Qarabağdan gedəcək, onlar gələcək – Rus politoloq

İrəvan yenə də öz ideyasını irəli sürə bilmədi, alınmadı. Danışıqlar həqiqətən də daha çox Azərbaycanın mövqeyi məntiqində formalaşıb. Prinsipcə, Azərbaycanın ideyaları qeydə alınarkən, ermənilərin yanaşması işə yaramır və bu artıq danışıqların normasına çevrilib

AzerTimes xəbər verir ki, bunu rusiyalı politoloq Dmitri Solonnikov deyib.

“İrəvan Qarabağ erməniləri üçün hansısa xüsusi üstünlüklərə nail olmağa çalışır. Mişelin bəyanatı tərəflərin Almatı Bəyannaməsinə sadiqliyini təsdiqləyir. Bu, Bakı üçün yaxşıdır. Çünki Bəyannamə Qarabağı Azərbaycanın tərkib hissəsi kimi qəbul edir və Ermənistan tərəfindən Qarabağın belə statusda tanınmasını nəzərdə tutur”, – o bildirib.

Solonnikovun sözlərinə görə, Moskvanın vasitəçiliyi ilə əldə olunan üçtərəfli bəyanatda olduğu kimi, İrəvanın bütün diplomatiyası ondan ibarətdir ki, əvvəlcə sənəd imzalansın və sonra belə bir taktikanı həyata keçirsin: gəlin, fikirləşək ki, imzaladığımız öhdəlikləri yerinə yetirək, ya yetirməyək:

“Ermənistan tədricən KTMT-dən çıxır. İrəvanın kursu Aİİ və KTMT ilə əlaqələrin kəsilməsi, NATO və AB-yə doğru aktiv davamlı addımlardır. Ermənistanda fəaliyyət göstərən qüvvələr var ki, onlar Qərbə doğru getmək və Rusiya ilə münasibətləri tədricən pozmaq istəyirlər.

İrəvan Qərbə keçidin xərclərini ödəmək üçün Rusiya təmaslarından maksimum faydalanmaqda davam edir. Eyni zamanda, məncə, zaman Azərbaycanın xeyrinə oynayır. Azərbaycan Qarabağın erməni icması ilə müstəqil danışıqlara başlayıb. 2,5 ildən sonra Rusiya sülhməramlıları Qarabağdakı missiyasını başa vuracaqlar. Və bu 2,5 il ərzində ya Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi bağlanacaq, ya da bu müddətdən sonra Rusiya sülhməramlıları gedəcək, Azərbaycan qüvvələri gələcək”.

Teqlər: